Plenar iclaslar 26 Dekabr 2023, 14:44 | Baxış sayı: 75
"Yusif Vəzir Çəmənzəminlinin nəşini gətirib Şuşada dəfn etməliyik"

Yusif Vəzir Çəmənzəminlinin nəşini gətirib Şuşada dəfn etməliyik.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu il Yusif Vəzir Çəmənzəminlinin ölümünün 80 illiyidir: “O, Nijni-Novqorod deyilən yerdə dəfn olunub, məzarının yeri təqribən bəllidir. Ona görə bizim hakimiyyət bu istiqamətdə ciddi addım atmalıdır, Rusiya ilə münasibətlərimiz normaldır, müstəqil dövlətik. Buna görə onun nəşi gətirilib Şuşada dəfn olunmalıdır. Biz Qarabağa yalnız insanları deyil, müstəqilliyimiz uğrunda savaşan insanların ruhlarını da qaytarmalıyıq. Bununla bizim hökumət ciddi maraqlanmalı, onun nəşinin Azərbaycana qaytarılmasını təmin etməlidir”. APA

Xəbərlər