Plenar iclaslar 15 Mart 2024, 15:23 | Baxış sayı: 188
"İşə düzəldəndən 1 il sonra çağırırlar ki, müqavilənin müddəti bitib"

Hazırda mədəniyyət sahəsinin ÜDM-də payı 0,56 % təşkil edir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, dövlət büdcəsi xərclərinin 1,3 %-dən az hissəsini mədəniyyət xərcləri təşkil edir: “Bu da mədəniyyət sahəsində ciddi dönüş yaratmağa imkan vermir. Mədəni irsin qorunması istiqamətində mühüm işlər görülüb, amma mədəniyyət müəssisələrinin olmaması ölkədə narkomanlığın, cinayətin artmasının ən böyük səbəblərindən biridir”.

Deputat şəhid ailələri, qazilər və müharibə veteranlarının problemlərini sadalayıb: “DOST mərkəzlərinin göstərdiyi xidmət sayı azdır. 486 min nəfərə iş yeri açıldığı qeyd olunur. İşə düzəldirlər və 1 il sonra çağırırlar ki, müqavilənin müddəti bitib, yerinə başqa adamı götürürlər. Bu problemlər aradan qaldırılmalıdır”.

apa.az

Xəbərlər