Plenar iclaslar 29 Mart 2024, 15:25 | Baxış sayı: 163
"Bələdiyyələrin fəaliyyəti büdcə məsələsi ilə tənzimlənməlidir"

Bələdiyyələrin fəaliyyəti əhali meyarı ilə deyil, büdcə məsələsi ilə tənzimlənməlidir. Bunu deputat Fazil Mustafa deyib. 

"Bələdiyyələrin əhali sayına görə tənzimlənməsi doğru yanaşma deyil. Bu büdcə məsələsinə görə tənzimlənsə daha yaxşı nəticə əldə almaq olar. Hansı bələdiyənin peşə məktəbi, idman komandası və digər sosial öhdəlikləri var? Qanunda bu yazılsa da pratiki olaraq yoxdur. Hesab edirəm ki, büdcəsi 1 milyondan az olan bələdiyyələr məqsədəuyğun hesab edilməsin”, - deputat martin 29-da Milli Məclisin iclasında "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 

Millət vəkili uşaq cinayətlərinin artmasının onların sosial həyatının olmamasının və bu işdə bələdiyyələrin fəaliyyətinin zəif olması ilə əlaqələndirib.

 

Deputat Qüdrət Həsənquliyev də əhalinin az olan yerlərində bələdiyyələrin azaldılmasını doğru addım adlandırmayıb.

 

Deputat Siyavuş Novruzov deputatlara cavab olaraq söyləyib ki, Azərbaycanda bələdiyyələrin statusları başqadır.

"Türkiyə ilə müqayisə düzgün deyil. Məsələn qardaş ölkədə bələdiyyə bina tikmək üçün icazə verə bilir və oradan əldə etdiyi gəlirdən bağça, məktəb tikə bilir. Bizdə isə bələdiyyələrə müstəqillik verilmir. Elə yerlər var ki, orada 60 nəfər yaşayır. Orada bələdiyyənin yığdığı pulla heçnə qurmaq olmaz”, - o əlavə edib.

anews.az

Xəbərlər