Plenar iclaslar 11 Oktyabr 2021, 12:21 | Baxış sayı: 254
"Yol polisi yolu tənzimləyə bilmir. Yol bağlanır, alternativ yol qoyulmur".

“Son dövrdə ən vacib məsələlərdən biri Bakının tıxac məsələsidir. Bu gün sıradan vətəndaşlar, məktəbə uşağını aparan valideynlər, deputatlar da bu problemlə qarşılaşır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, dünyada da tıxac problemi var, amma orda bu işlə məşğul olan bir qurum var: “Azərbaycanda isə tıxac problemini üstünə götürmək istəyən qurum yoxdur. Yol polisi yolu tənzimləyə bilmir. Yol bağlanır, alternativ yol qoyulmur. Vaxt itkisi, fəlakətli vəziyyət böyüyür. Təklif edirəm ki, bu sahədə müvafiq qurumlar çıxıb cəmiyyətə məlumat versinlər ki, bu problemin həlli üçün 1 il sonra hansı proqramları var? Bakı ağır yüklənmiş şəhərdir”.

Xəbərlər