"Yol hərəkəti qaydalarının pozulmasına görə Qarabağ əlillərinə yazılan cərimələr silinsin"
Plenar iclaslar
13 İyun 2023, 13:50 | Baxış sayı:
154
“I və II Qarabağ müharibəsi əlillərinə verilən avtomobillər texniki baxışdan keçirilmirdi. Onlar bunu fürsət bilərək yazılan cərimələri ödəməyiblər”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat təklif edib ki, onlara yazılan cərimələr silinsin, daha sonra qanun pozuntusuna yol verilərsə, bu cərimələr tələb edilsin: “İllər ərzində bu cərimələr artıb”.