Ümumi 24 Yanvar 2024, 16:40 | Baxış sayı: 61
"Yerli medianın fəaliyyətində ciddi dəyişikliklər müşahidə olunur"

Bu gün ümumi proseslərə baxanda medianın dövlətin, cəmiyyətin tarixində mühüm rol oynadığını görərik. Dünyada media vasitəsilə ölkələrin daxilində müxtəlif müzakirələr qaldırılır, hansısa ölkələrə qarşı hücumlar təşkil olunur. Buna görə də medianın fəaliyyətinin tənzimlənməsi çox önəmlidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O qeyd edib ki, medianın təhlükəsizliyinin təmin olunması hər bir dövlətin qarşısında duran önəmli məsələlərdən biridir:

“Azərbaycanda əvvəllər bu işləri Mətbuat Nazirliyi icra edirdi. Sonradan yanaşma dəyişdi və mediaya azadlıq verilməsi, senzuranın aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. Çünki buna görə Azərbaycanda zaman-zaman müxtəlif iradlar bildirilirdi. Bu mənada növbəti mərhələdə Medianın İnkişafı Agentliyi yaradıldı. Düşünürəm ki, yerli medianın fəaliyyətində ciddi dəyişikliklər müşahidə olunur. Lakin təəssüf ki, yenə də bəzi media orqanlarında qeyri-peşəkarlıq, təsadüfi insanların mediaya gəlməsi və müəyyən media quruluşlarına rəhbərlik etməsi, eyni zamanda mediada saxta informasiyaların yayılması davam edir. Daha çox peşəkar media işçiləri ilə işləməyə üstünlük verməliyik, onların təklifləri ilə media mühitinin saflaşdırılmasına çalışmalıyıq”. 

demokrat.az

Xəbərlər