“Müsəlman qardaş və bacılarımıza dil uzatmaqdan uzaq olaq”
“Artıq Ramazanın yarısı arxada qaldı. Ramazan bizi tərk edir artıq. Çalışaq son on günün xeyr və bərəkətindən daha çox yararlanaq. Rəbbimizə daha çox dua edək, gücümüz çatan qədər imkansız insanlara dəstək olaq”.
Bu sözləri Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.
Millət vəkili insanları birliyə səsləyib:
“Bölücülükdən, təfriqədən bir-birini bəyənməməkdən, müsəlman qardaş və bacılarımıza dil uzatmaqdan uzaq olaq. Ramazan birlik və həmrəylik ayıdır. Bu mübarək ayda Rəbbimizə əhd edək ki, birlik və həmrəyliyimizə xələl gətirən əməllərdən uzaq olacağıq.
Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!”
yenisabah.az