Qanun Layihələri 2 Noyabr 2021, 14:57 | Baxış sayı: 248
"Yeni təhsil proqramlarının və yeni standartların hazırlanması çox vacibdir, bunun üzərində iş gedir".

"Yeni təhsil proqramlarının və yeni standartların hazırlanması çox vacibdir, bunun üzərində iş gedir".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, təhsil sahəsində yeni standartlar və tələblər hazırlanr: "Bununla bağlı müzakirələr aparılır. Təhsil sisteminin təkmilləşdirilməsi zəruridir və zamanın tələbidir".

B.Əliyev qeyd edib ki, “Ali təhsil haqqında” Qanunla bağlı yeni layihə işçi qrupu tərəfindən işlənib hazırlanıb: “Bu layihə dövlətimizin təhsil sahəsində keçirdiyi islahatların məğzinə tam uyğundur. Bu sənəd Azərbaycanda təhsilin rəqabətədavamlılığının artırılması üçün nəzərdə tutulub”.

Xəbərlər