Plenar iclaslar 31 May 2023, 13:26 | Baxış sayı: 110
“"Təhsil haqqında” qanuna “ixtisas təcrübəsi” anlayışı gətirilməlidir”

“Təhsil haqqında” qanuna “ixtisas təcrübəsi” anlayaşı gətirilməlidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, müəllim işləmək sayı çox olsa da, vakant yerlərin sayı azdır:

“Hər il eyni vəziyyət müşahidə olunur. Adətən şəhərdə yerləşən məktəblərdə vakant yerlərin sayı həmişə az olur. Regionlarda isə vəziyyət əksinədir. Müəllimlərlə mövcud olan vakansiyalar arasında o qədər fərq olmasa da, şəhərdə işləmək arzusu çoxdur. İnanırıq ki, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanların vasitəsilə yaxın 5 ildə bu nisbət aradan qaldırılacaq”.

Xəbərlər