KOMİTƏ İCLASLARI 28 Aprel 2023, 16:43 | Baxış sayı: 149
"Respublikada elmi araşdırmaların tətbiqi səviyyəsi bizi qane etmir"

"Hələ də respublikada elmi araşdırmaların tətbiqi səviyyəsi bizi qane etmir. Bu, o demək deyil ki, ölkədə yaxşı alimlərimiz yoxdur. Bizim çox güclü alimlərimiz var. Necə olur ki, azərbaycanlı alimlər ABŞ-da, İngiltərədə, Almaniyada, Yaponiya və Koreyada böyük mərkəzlərə rəhbərlik edirlər?!".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri, deputat Bəxtiyar Əliyev deyib.

O bildirib ki, xaricdə olan azərbaycanlı alimlər elmi araşdırmalar aparırlar, yeniliklər gətirirlər:

"Həmin ölkələrə milyonlarla pul qazandırırlar. Demək ki, Azərbaycan xalqında bu potensial var. Siyasətimizə müəyyən dəyişikliklər etməliyik. Vaxtilə elm siyasəti Azərbaycan Milli Elmlər Akademiyasına həvalə olunmuşdu, amma təəssüflər olsun ki, AMEA bu yükü çəkə bilmədi".

Xəbərlər