"Təhsil Tələbə Kredit Fonduna ayrılan vəsaitin strukturuna yenidən baxılmalıdır"
KOMİTƏ İCLASLARI
3 Noyabr 2023, 16:00 | Baxış sayı:
234
"Təhsil Tələbə Kredit Fonduna ayrılan vəsaitin strukturuna yenidən baxılmalıdır".
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, gələcəkdə Təhsil Tələbə Kredit Fondu yalnız təhsil haqlarının ödənilməsi ilə bağlı deyil, həm də təhsillə bağlı digər xərclərin də ödənilməsini də nəzərdən keçirməlidir: "Çünki həmin Fondda dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılıb. Rəqabətli istehsal sahələrinin inkişaf etdirilməsi üçün vəsait strukturuna yenidən baxılmalıdır. Nəticəyönümlü elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün tədbirlər planı hazırlanmalıdır”.
report.az