Cəmiyyət 8 Dekabr 2022, 17:46 | Baxış sayı: 250
“Yaxşı olardı ki, bölgələrdə də sığınacaqlar olsun”

Ölkədə sığınacaqların sayı kifayət qədər deyil

 

16 günlük gender əsaslı zorakılığa qarşı keçirilən beynəlxalq kampaniya ilə əlaqədar “Meclis.info” ya açıqlama verərkən Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin üzvü, deputat Jalə Əliyeva belə deyib.

 

Ölkədə qadın sığınacaqlarının say azlığı məsələsinə toxunan deputat qeyd edib ki, şəhərdən uzaq ərazilərdə sığınacaqların olması çox yaxşı olardı: “Hiss edirsən ki, diqqətdən daha uzaq yerlərdə ailə münaqişələri daha çox baş verir. 2023-cü ilin büdcə müzakirələri zamanı komitə olaraq bu məsələni hökumətin qarşısında bir daha qabartmışıq”.

Meclis.info

Xəbərlər