Plenar iclaslar 13 İyun 2023, 14:03 | Baxış sayı: 126
"Məktəb tikintisi və təmirinə ayrılan vəsait artırılmalıdır"

Ölkədə məktəb tikintisi və təmirinə ayrılan vəsait bir daha nəzərdən keçirilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib.

Deputat bildirib ki, qəzalı vəziyyətdə olan məktəb binalarının tikintisi önə alınmalıdır: “Amma həmin məktəblər siyahıda baxırsan, hələ 5-6 il sonra təmirə yazılıb. Orada təhsil davam edir, uşaqlar gözləmir. Bu istiqamətə ayrılan vəsait artırılmalıdır”.

Xəbərlər