“Heç yerdə deməmişəm ki, evə ərzağı nisyə alıram”
Ümumi
9 Yanvar 2023, 12:44 | Baxış sayı:
258
Sosial şəbəkələrdə Milli Məclisin deputatı Jalə Əliyevanın adından yayılan bəzi sitatlar geniş müzakirələrə səbəb olub. Məsələn, belə sitatlardan birində deyilir:
"Xalqımız elə bilir ki, biz deputatlar xan-bəy kimi yaşayırıq. İnanın mənə, hərdən evə ərzaq alanda borc yazdırıram. Həyat yoldaşım öləndə məzar daşı üçün kredit götürdüm".
Deputatın adından yayılan bu açıqlama onun şəkli ilə birgə Facebook-da tirajlanmaqdadır.
Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Jalə Əliyeva ilə əlaqə saxlayıb.
O, heç yerdə belə bir fikir səsləndirmədiyini vurğulayıb:
"Tamamilə yalan məlumatdır. Mən belə bir açıqlama verməmişəm, fikir səsləndirməmişəm. Hansısa bədxahlar bunu yalandan yaymaqla mənim adıma xələl gətirməyə çalışırlar".