KOMİTƏ İCLASLARI 18 Yanvar 2024, 15:40 | Baxış sayı: 206
"Bölgələrdə işlə təminatla bağlı məsələ sanki daha da mürəkkəbləşdirilir"

Dövlət yeni iş yerlərinin açılması istiqamətində bir çox işlər görsə də, yerlərdə işlə təminatla bağlı məsələ sanki daha da mürəkkəbləşdirilir.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva deyib.

O bildirib ki, vətəndaş dövlət qurumlarının qapısı arasında sanki yol ölçür: "Nəhayətində də bizdən kömək istəyir. Ona görə də məşğulluq məsələsinin koordinasiya edilməsi mühüm məsələdir. Bölgələrdən mərkəzə gəldikdə sanki bir qopuqluq var. Vətəndaşla qurum arasında körpü rolunu oynamağa çalışsaq da, bizə verilən cavablar formal olur. Vətəndaşı da işlə təmin etmək qeyri-mümkün olur. Bu kimi məsələlərin dinləmədə nəzərə alınması yaxşı olardı”.

Komitə sədri Musa Quliyev deputat J.Əliyevaya cavabında qeyd edib: “Belə fikir yaranmasın ki, ölkədə yeni iş yerləri açılmır. Çünki ölkəmizdə hər il yüz mindən çox yeni iş yerləri açılır. Ona görə də dinləmdə demoqrafik vəziyyət məsələsi gündəmə gəlməlidir”.

report.az

Xəbərlər