Siyasət 28 İyul 2023, 15:31 | Baxış sayı: 239
“Yaxında Qubad İbadoğlunun FETÖ ilə hansı əlaqəsinin olduğu məlum olacaq”

“Azərbaycan hüquq – mühafizə orqanlarının terrorizm aktlarının qarşısının alınmasında, terrorçu şəbəkələrin zərərsizləşdirilməsində kifayət qədər təcrübəsi və peşəkarlığı var. Əminəm ki, Qubad İbadoğlu məsələsinə də tam aydınlıq gətiriləcək”.

Bu sözləri açıqlamasında Azərbaycanda FETÖ-ya qarşı son əməliyyatlar barədə danışan Milli Məclisin deputatı Rüfət Quliyev deyib. 

O, Qubad İbadoğlunun saxlanılmasına da münasibət bildirib:


“Səbrli olaq, gözləyək. Hüquq – mühafizə orqanları öz işini görür. Belə məsələlərdə onların kifayət qədər təcrübəsi var. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq istintaqın gedişilə bağlı vaxtı gələndə məlumat verəcək. Nəticəni hamılıqla görəcəyik. 

Yaxın vaxtlarda Qubad İbadoğlunun FETÖ ilə nə dərəcədə əlaqəsinin olduğu da məlum olacaq. Yəqin ki, onun FETÖ ilə hər hansı əlaqəsi var ki, həbs edilib. 

Düşünürəm ki, yaxın müddətdə cəmiyyətimiz bu barədə dəqiq informasiyaya sahib olacaq”.

demokrat.az

Xəbərlər