Siyasət 18 Mart 2024, 16:35 | Baxış sayı: 257
"Rusiyada vətəndaşlar böyük həvəslə seçkidə iştirak etmək istəyirlər"

Rusiyada çox işgüzar və sakit mühitdir, vətəndaşlar böyük həvəslə seçkidə iştirak etmək istəyirlər.

Bunu jurnalistlərlə söhbətində Rusiyada keçirilən prezident seçkilərini izləyən Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu gün demokratik ölkələr üçün ən böyük problem odur ki elektorat seçkidə iştirak etməkdə bir o qədər həvəsli deyil:

“2008-ci ildən parlamentlərarası assambleyanın xətti ilə MDB ölkələrinin seçkilərində müşahidəçi kimi iştirak etmişəm. İnkişaf etmiş ölkələrdə 32 faiz seçici gələndə böyük qələbə sayılır, MDB ölkələrində görürsən ki 60-70 faizi də keçir. Bu gün bir neçə seçki məntəqələrinə baş çəkdik. Cənab Slutski ilə görüşdük. Sabah kifayət qədər işgüzar gün olacaq”, - deputat deyib.

O qeyd edib ki, Rusiyanın seçki prosesində elə bir elementlər tapmaq olar ki, o, Azərbaycan üçün də yararlı ola bilər:

“Azərbaycanda da dünyanın seçki sistemlərinin hamısı tətbiq olunur. Çalışacağıq ki hər hansı bir yeniliyi görsək, onu özümüzdə tətbiq edək".

report.az

Xəbərlər