"Yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik"
Siyasət
10 Aprel 2023, 12:41 | Baxış sayı:
153
"Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun".
Pravda.az-ın xəbərinə görə bunu terror hücumu nəticəsində güllələnərək yaralanmış Milli Məclisin deputatı Fazil Mustafa deyib.
"Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!"