Siyasət 11 Mart 2024, 16:19 | Baxış sayı: 57
"YAP məsləhət bilsə, yenidən namizədliyimi irəli sürsə, mən Partiyanın əsgəriyəm"

Milli Məclisin deputatı Cavanşir Paşazadə parlament seçkilərinin yay aylarının sonunda keçiriləcəyi barədə iddialara aydınlıq gətirib.

 

Deputat açıqlamasında bildirib ki, bir müddətdir, insanlar növbədənkənar parlament seçkilərinin keçiriləcəyini müzakirə edirlər:

“Bundan əvvəl parlament seçkiləri növbədənkənar keçirildi. Bu da qanuna tam uyğundur. Hər kəs fikir söyləməkdə sərbəstdir. Noyabrda COP29-a qədər parlament seçkilərinin keçiriləcəyi barədə məlumat hələ öz təsdiqini tapmayıb. Bunlar şaiyədir. Doğrudur, parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər, amma 5 ildən artıq müddəti ötə bilməz. Hələ 5 ilin tamam olmasına müəyyən vaxt qalıb. Dövlət rəhbərimiz, dövlətimiz seçkinin nə vaxt keçirmək lazım olduğunu çox yaxşı bilir. Parlement seçkilərinin yayda, yaxud noyabrdan sonra keçirilməsi dövlətin öz siyasətidir. Hələ ki, dövlətimiz bu barədə dəqiq qərar verməyib. Bu, sadəcə insanların irəli sürdükləri fikirlərdir. Zərurət varsa, seçki qabaqcadan da keçirilə bilər, vaxtında da. Bu, tamamilə Konstitusiyaya uyğundur”. 

 

C.Paşazadə parlament seçkilərində iştirak edib-etməyəcəyi barədə sualı isə belə cavablandırıb: “Mən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən millət vəkiliyəm. YAP məsləhət bilsə, yenidən namizədliyimi irəli sürsə, mən Partiyanın əsgəriyəm, və onun  tapşırıqlarını gələcəkdə də həyata keçirməyə hazıram”. 

pravda.az

Xəbərlər