Siyasət 12 Sentyabr 2023, 17:17 | Baxış sayı: 97
"Rusiyanın “Qarabağ Azərbaycandır, Azərbaycan ərazisidir” deməsi tədirəlayiqdir"

“Azərbaycanın təklif etdiyi qanuni Ağdam-Xənkəndi yolunun fəaliyyətə başlaması böyük qələbədir. Bu, dövlət başçımızın apardığı uğurlu siyasətin nəticəsidir. Təbii ki, bölgədə sülhün olması vacibdir. Qonşu ölkələrlə münasibətlər olmalıdır, kənar dövlətlərdən, okeanın o tayından dəstək istəmək düzgün deyil. Qonşu dövlətlərlə münasibətlərin düzgün qurulması və davam etdirilməsi, iqtisadiyyatın genişləndirilməsi vacib məsələlərdəndir. Düşünürəm ki, artıq Nikol Paşinyan və onun hökuməti bunu başa düşür”. 

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. 

 

“Rusiyanın “Qarabağ Azərbaycandır, Azərbaycan ərazisidir” deməsi, Azərbaycanın yürütdüyü siyasətə müəyyən qədər dəstək olması tədirəlayiqdir. Mərhələli şəkildə bütün məsələlər öz həllini tapacaq. 2020-ci ildən sonra imzalanmış memorandumlar hissə-hissə reallaşacaq”, - deputat bildirib.

pravda.az

Xəbərlər