Cəmiyyət 29 Aprel 2022, 12:23 | Baxış sayı: 186
"XXI əsrdə məktəbdən kənarda qalan qızların statistikasını bölgələr üzrə öyrənin, sonra ağıllı-ağıllı danışarsınız".

“Qəribə ağıl dağarcıqları peyda olub. Özəl qız məktəblərinin açılması təklifini nəzərdə tutaraq deyirlər ki, bizi əsrin əvvəllərinə qaytarmaq istəyirlər. Guya əsrin əvvəllərindən çox irəlidədirlər. Axundov plankasını keçən filosof, Üzeyir plankasını keçən bəstəkar, Cavid plankasını keçən şair yetişdirməmisən, o halda niyə qayıdasan ötən əsrlərə, elə başınızı bu əsrdə girələyin getsin də... XXI əsrdə məktəbdən kənarda qalan qızların statistikasını bölgələr üzrə öyrənin, sonra ağıllı-ağıllı danışarsınız. Bu sadəcə hansısa səbəblərdən məktəbdən uzaqlaşdırılan qızların təhsil alması üçün vacibdir”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

“Bakının kəndləri var ki, bəlli bir yaşdan sonra qızları oxumağa qoymurlar. Bütün valideynləri tutub həbs etməyəcəksən ki... Bəhanəni kəsmək lazım. Ölkədə 4-5 yataqxanası olan, ancaq dünyəvi və ağırlıqlı olaraq peşə təhsili yönümlü qızlar üçün alternativ özəl məktəbdən söhbət gedir. Mövcud məktəb sisteminə isə ümumiyyətlə toxunulmur…” – F.Mustafa vurğulayıb.

Xəbərlər