Plenar iclaslar 30 Dekabr 2021, 14:27 | Baxış sayı: 149
"Xroniki xəstəliklərin müalicəsi zamanı göstərilən tibbi xidmətlər ƏDV-dən azad edilsin".

“Cəmiyyətin ümumi sağlamlığı atılacaq tibbi addımların xarakterindən asılıdır. Bir sıra xəstəliklər var ki, bunların müalicəsi daha çox vəsait tələb edir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat təklif edib ki, xroniki xəstəliklərin müalicəsi zamanı göstərilən tibbi xidmətlər ƏDV-dən azad edilsin: “İcbari tibbi sığortanın təkmilləşdirilməsi lazımdır. Bir çox rayonlarda, kənd yerlərində tibb məntəqələri ya ümumiyyətlə, mövcud deyil, ya da səmərəli fəaliyyət göstərmək üçün lazımi şəraitə malik deyil. Müvafiq strukturlar bu məsələyə diqqət yetirməlidirlər. Çünki gələcəkdə icbari tibbi sığortanın effektiv tətbiqi üçün bu məsələlərin həlli çox vacibdir”.

Mənbə: APA

Xəbərlər