Siyasət 26 Fevral 2024, 17:45 | Baxış sayı: 168
“Xocalıda aşkarlanan kütləvi məzarlıqlar soyqırım faktı kimi təqdim olunmalıdır”

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında indiyə qədər ciddi fəaliyyət göstərilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın irəli sürdüyü “Xocalıya Ədalət” kampaniyası ətrafında xeyli iş aparılıb. Dövlət siyasətində Qarabağ həqiqətlərinin tanıdılması mühüm istiqamətlərdən birini təşkil edir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun fikrincə, indiyə qədər bu istiqamətdə görülən işlər yüksək səviyyədədir:

“Təbii ki, bəzi dövlətlər üçün Xocalı soyqırımını tanımaq məqbul deyil, onlar Ermənistanın havadarları rolunda çıxış edir. Lakin bir çox ölkələrdə faciə soyqırım kimi tanınıb. İndiki məqamda Xocalıda aşkarlanan kütləvi məzarlıqların bu soyqırımı əsaslandıracaq faktlar olaraq təqdim olunması vacibdir. Əminəm ki, bu məsələ də müsbət nəticələr əldə edəcəyik. Bu, çox vacibdir, çünki Xocalı soyqırımı özündə xeyli sübutları ehtiva edir. Düşünürəm ki, əlavə addımların atılmasına gərək var”.

demokrat.az

Xəbərlər