Cəmiyyət 25 Aprel 2022, 14:46 | Baxış sayı: 179
"Xanımlar ailə qurmayacaqlar və asan yollarla övlad dünyaya gətirməyə çalışacaqlar".

Son günlər Azərbaycanda sperma bankının yaradılması və qadınların ailə qurmadan ana ola bilməsi məsələsi gündəmdədir. Bu, Azərbaycan cəmiyyəti üçün qəbulolunandırmı?

Məsələ ilə bağlı Pravda.aza Milli Məclisin deputatı Ceyhun Məmmədov öz fikirlərini bildirb.

O qeyd edib ki, məsələyə müxtəlif yanaşmalar mövcuddur.

Deputatın hesab edir ki, ailə qurduqda nikah olmalıdır: “Deyilənləri qəti olaraq qəbul etmirəm. Bu məsələdə hər kəsin diqqətli olmasına ehtiyac var. Ailə yalnız övlad dünyaya gətirməkdən ibarət deyil. Ailə həm də şəxslərin valideyn, ata, ana olmasını zəruri edir. Onlar övladlarını tərbiyə edirlər. Burada bizim tarix boyu mövcud olan milli-mənəvi dəyərlərimizin ötürülməsi məsələsi və eyni zamanda dünyaya gələn uşaqların ehtiyaclarının qarşılanması məsələsi də var. Yəni beləcə bir çox məqamı qeyd etmək olar. İstər dini baxımdan, istərsə də milli dəyərlərin qorunması baxımından burda çoxlu nüanslar var. Dinimiz bu məsələyə normal yanaşmır, çünki insan ailə qurarkən kimlə, necə, hansı formada ailə qurduğunu, ailə qurduğun şəxsin kim olduğunu bilinməsini vacib bir məqam hesab edir. Bu halları nəzərdən keçirərkən də hamımız maksimal dərəcədə diqqətli olmalıyıq. Belə bir məsələ ümumiyyətlə hansı zərurətdən irəli gəlir? Bu halın baş verəcəyi təqdirdə artıq xanımlar ailə qurmayacaqlar və daha asan yollarla övlad dünyaya gətirməyə çalışacaqlar. Bu da ümumiyyətlə ailə dəyərlərinin, ailə institutunun zədələnməsinə öz mənfi təsirini göstərəck”.

 

Xəbərlər