"Xankəndiyə də hələlik gedib çıxa bilməmişik. Bəzən arzuladığın olmur".
Cəmiyyət
24 Avqust 2022, 12:23 | Baxış sayı:
223
Millət vəkili Fazil Mustata "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsi üçün keçirilən son oyunu ilə bağlı danışıb. Deputat bildirib ki, siyasətdə olduğu kimi, futbolda da hədsizliyə, maksimalizmə köklənməmək lazımdır: “Futbol səhvlərdən hali deyil. Əsas odur ki, meydanda əzilib tökülən komanda yox idi. Uşaqlar üstün və cəsur oynadılar”.
Fazil Mustafa açıqlamasında həmçinin bunları deyib: “Xankəndiyə də hələlik gedib çıxa bilməmişik. Bəzən arzuladığın olmur. Şərtlər anbaan dəyişir. Eynilə, bu oyundakı kimi. Sevinin ki, belə sabit oyun sərgiləyən komandamız var. Avropa Liqasına qalmaq özü də böyük uğurdur. Millətin və Qurbanın "Qarabağ"ına uğurlar!”
Mənbə: Pravda.az