Plenar iclaslar 20 Dekabr 2022, 12:15 | Baxış sayı: 218
"Xankəndidəki erməni vətəndaşlarımız Ruben Vardanyanı oradan özləri qovmalıdır"

Milli Məclisin deputatı Kamal Cəfərov qeyd edib ki, Avropa İttifaqı başa düşməlidir ki, onlar üçün təbii qaz və yaşıl enerji nə qədər vacib və müqəddəsdirsə, bizim üçün də Qarabağdakı təbii sərvətlərimiz bir o qədər strateji və müqəddəsdir: “Ona görə də Avropa İttifaqı ölkələri evlərini isti saxlamaq, hakimiyyətlərini qorumaq üçün Azərbaycanla münasibətlərini də isti saxlamalı, bütün haqlı siyasi məqamları nəzərə almalıdır. Ona görə biz də Avropa İttifaqından müdrik addımlar, soyuq başla qərar vermələrini gözləyirik. Onların bizim ekoloji aktivistlərin çağırışlarına qoşulmasını gözləyirik. Bu gün hər birimizin ürəyi Laçın-Xankəndi yolundakı ekoloji aktivistlər, vətəndaş cəmiyyəti nümayəndələrinin ürəyi ilə döyünür. Hər birimiz axşam yatanda, sübh tezdən qalxanda birinci növbədə Laçın-Xankəndi yolundakı vəziyyətlə maraqlanır, gözləyirik ki, bizim haqlı tələblərimiz yerinə yetirilib, ya yox. Burada müzakirə etmək üçün çox məsələ var. Ancaq ən mühüm olan nəticə ondan ibarətdir ki, bu aksiya Azərbaycan xalqının hər bir fərdi tərəfindən dəstəklənir. Bu birlik bütün dünya dövlətləri tərəfindən diqqətlə müşahidə edilir. Düşünürəm ki, bu aksiya Azərbaycanın qızıl tarixinə yazılacaq. Aksiyanın sonlanması üçün Azərbaycan tərəfinin tələbləri aydındır, haqlıdır. Bu barədə hər birimizin məlumatı var. Ancaq hesab edirəm ki, Xankəndidəki vətəndaşlarımız hesab etdiyimiz ermənilər özlərini Azərbaycan vətəndaşı kimi aparmalı, Ruben Vardanyanı Xankəndidən özləri qovmalıdır. Onlardan siyasi və korrupsioner maraqlar üçün istifadə edilməsinə imkan verməməlidirlər. Onsuz da biz özümün buna nail olacağıq. Rusiya sülhməramlıları qanunsuz erməni dəstələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Bu onların öhdəliyidir”.

 

Xəbərlər