Siyasət 23 Oktyabr 2023, 15:50 | Baxış sayı: 157
"Əli Kərimov niyə daha çox şəhidimizin olmasını istəyir?"

Deyəndə ki, Əli Kərimov şəhid xəbərinə sevinir, nə qədər çox şəhidimiz olsa, o qədər çox sevinir, bəziləri bunu siyasi ittiham kimi qəbul edir. Əslində, bu obyektiv həqiqət və reallıqdır. 

Əli Kərimov deyir ki, mən olsam 9 noyabr tarixində dayanmazdım. 


2020-ci il 10 noyabr tarixində Kəlbəcər, Ağdam və Laçın rayonları işğal altında idi. Həmin zaman 3 min şəhidimiz var idi. Şübhəsiz soyuq qış günlərində Kəlbəcəri və digər rayonlarımızı hərbi güclə qaytarmaq demək yüzlərlə şəhid deməkdir. Nəzərə alsaq ki, Ağdərədə 10 mindən çox Ermənistanın silhahlı birləşmələrinin əsgəri var idi. Ağdərə, Xankəndi, Xocalı, Xankəndini geri qaytarmaq isə minlərlə şəhid deməkdir. Hələ regionu davamlı münaqişə ocağına çevrilmək riskindən danışmıram. 

Müzəffər Sərkərdə İlham Əliyev Ağdam, Kəlbəcər və Laçını bir şəhid belə vermədən geri qaytardı, Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını yüksəltməklə Azərbaycanı bütöv etdi. Qarabağ münaqişəsinə birdəfəlik son qoydu. İndi hər birimiz deyirik ki, Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik və bilirik ki onları da ruhu şaddır, Allaha şükür edirik ki, Qarabağ münaqişəsi bitdi.

Ancaq şəhid xəbəri ilə siyasi dividend qazanmaq istəyən Əli Kərimov isə yaman dilxor olub ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyin bərpasını daha çox şəhid vermədən bərpa edib. Müzəffər Sərkərdə İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazımdır bilir və edir!  

İkinci maraqlı məqam ondan ibarətdir ki, hər gün xarici təzyiqdən həvəslə danışan Əli Kərimov,  bu günə qədər Azərbaycana qarşı Ermənistandan daha çox düşmənçilik edən Fransanı tənqid etməyib, Avropa təsisatlarını ittiham etməyib?! Sizcə, niyə?

demokrat.az

Xəbərlər