Siyasət 19 Oktyabr 2023, 15:40 | Baxış sayı: 185
"Fərari, qorxaq və xain Əli Kərimovun Qarabağdan danışmağa mənəvi hüququ yoxdur"

Ağır vaxtında lideri Əbülfəz Elçibəyə xəyanət edən, vətəndaş müharibəsi başladıb Gəncədə qardaş qanı axıdanlardan, ölkə müharibə şəraitində olanda fərarilik edib qaçanlardan, hakimiyyətə gəlmək üçün torpaqlarımızı satanlardan biri olan qorxaq Əli Kərimovun Qarabağdan danışmağa sadəcə mənəvi hüquqi yoxdur.  

Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağının dalğalanmasını Azərbaycanın gücü hesab etməyən Əli Kərimovun utanan üzü yoxdur. Görəsən o, bilmir ki, Qarabağ uğrunda üç mindən çox şəhid vermişik. Şəhid ailələri isə Vətən sağolsun deyir. Həmin ailələrin yeganə təsəllisi odur ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub, suverenliyi bərpa olunub.  

Xankəndində Azərbaycan Bayrağı dalğalandan sonra Sabirabadan olan şəhid atası İxtiyar Mayılov mənə səsli mesaj göndərərək göz aydınlığı verdi. Mən ilk dəfə idi ki, şəhid atasının bu qədər sevincli olduğunu eşidib duyğulandım. Ona bir daha təşəkkür etdim və dedim ki, bizim hər birimiz, bundan sonra dünyaya gələcək övladlarımız da bu zəfəri, bu uğuru şəhidlərimizə və sizlərə borcluyuq.  

İndi Əli Kərimov deyir ki, bu elə də böyük uğur deyil. Az qalır desin ki, bu, Paşinyanın uğurudur.  

Görəsən, Əli Kərimov internet televiziyasından çıxıb bu sözləri yeganə övladını itirmiş şəhid atasının üzünə deyə bilər? Ya da atasını itirmiş şəhid oğlunun üzünə deyə bilər?  

Bir insan Azərbaycana, xalqalımıza və şəhid ailələrinə qarşı niyə bu qədər nifrət hissi keçirdər? Niyə bu qədər qəzəbli olar?  

Bütün bunlar onu deməyə əsas verir ki, Əli Kərimovun mayası xəyanətlə yoğrulub.  

Nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün Şuşanı ermənilərə təhvil verən, hakimiyyətə gəlmək üçün torpaqlarımızın işğalına sevinən Əli Kərimovdan başqa nə gözləmək olardıki?  

Öz lideri Əbülfəz Elçibəy xəstələnəndə buna ən çox sevinən, öz yoldaşlarını satan Əli Kərimovdan başqa nə gözləmək olardıki?  

Mən güman edirəm ki, Xankəndində, Xocalıda və Xocavənddə Azərbaycan Bayrağının dalğalandığı gün vətənimzdə yalnız bir nəfər bu tarixi hadisədən məyusluq hissi keçirdə bilər. O, da Əli Kərimov olar.  
Şübhəsiz xalqımız Əli Kərimovun Azərbaycana olan nifrətini, xəyanətini görüb və öz qiymətini çoxdan verib.  

Xalqımız tərəfindən tarixin zibil yeşiyinə atılmış Əli Kərimov isə hər dəfə danışanda üfunət iyi gəlir.

demokrat.az

Xəbərlər