Plenar iclaslar 16 İyun 2023, 15:36 | Baxış sayı: 122
"“Xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər"

“İctimai nəqliyyatdan istifadənin kəskin azalmasının günahını taksi xidmətinin üzərinə yaza bilmərik. Həm ictimai, həm də fərdi daşımada ciddi problemlər var”.

 

Pravda.az Report-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Onun sözlərinə görə, ictimai nəqliyyat sahəsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var: “Bu xidmətdə beynəlxalq standartlar tətbiq olunmalıdır. Adıçəkilən qanuna təklif edilən dəyişikliklər hesab edirəm ki, inhisarçılığa deyil, sağlam rəqabətə və məqbul qiymətə xidmət edəcək”.

 

M.İbrahımqızı eyni zamanda hava limanı və dəmiryolu stansiyasından çıxarkən heç bir qayda-qanun gözlənilmədiyini, xaos vəziyyət yarandığnıı, eləcə də “xalturşik” taksi sürücülərinə rast gəlindiyini xatırladıb: “Xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər. Azərbaycanlı olaraq fikirləşirsən ki, bu kimi hərəkətlər gözəlləşən Bakı barədə turistdə hansı təəssürat oyadar. Qardaş Türkiyədə hava limanında bu sahədə xüsusi xidmət var və hər kəs öz növbəsini gözləyərək aidiyyəti xidmətdən istifadə edir. Aidiyyəti qurumlara müraciət edirəm ki, bərbad durumdan çıxış yolu tapsınlar”.

Xəbərlər