Siyasət 24 İyun 2023, 15:42 | Baxış sayı: 122
“ABŞ-ın Bakıdakı səfirliyi çox düzgün hərəkət edib, rəsmi tədbirdir, aksiya iştirakçıları şou göstəriblər...”

Xəbər verdiyimiz kimi, iyunun 23-də ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 247-ci ildönümü ilə əlaqədar Bakıda tədbir təşkil edib. Tədbirdə bir qrup feminist tərəfindən Gədəbəydə baş verənlərlə bağlı etiraz aksiyasının keçirilməsi isə gərginlik yaradıb. Səfirlik əməkdaşları aksiyaçıları polisə təhvil veriblər. Sosial şəbəkələrdə ABŞ səfirliyi buna görə tənqid olunur, bildirilir ki, ABŞ özünü “demokratiyanın beşiyi” adlandırır, amma dinc aksiyaya müdaxilə edir...

 

Bununla bağlı Pravda.az-a açıqlama verən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Məlahət İbrahimqızı isə deyib ki, demokratiya anarxiya deyil.

 

“Hesab edirəm ki, ABŞ səfirliyi çox düzgün hərəkət edib. Bu məsələ ilə ABŞ səfirliyini ədalətsiz olaraq tənqid edirlər. Səfirlik ABŞ-ın Müstəqillik Gününü qeyd edir. Rəsmi tədbirdir, amma həmin adamlar isə orada şou göstərirlər...”, - deputat bildirib.

Xəbərlər