Ümumi 22 Fevral 2023, 16:13 | Baxış sayı: 170
"Xalq artisti rəhmətə gedirsə, onu xüsusi sayqı, diqqətlə dəfn  dəfn etmək lazımdır"

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa Xalq artisti Ramiz Novruzun dəfnində Mədəniyyət Nazirliyi tərəfindən göstərilən laqeydliyə görə yaranan narazılıqlara münasibət bildirib.

 

F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı hər halda hansısa Əsasnamədə, təlimatda nəzərdə tutulan addımların atılması vacibdir.

 

“Çox güman ki, belə addımların atılması da nəzərdə tutulub. Hər halda Xalq artisti rəhmətə gedirsə, onu xüsusi sayqı, diqqətlə dəfn  dəfn etmək lazımdır. Mədəniyyət Nazirliyi və digər müvafiq qurumlar bu məsələdə müəyyən rol oynamalı, aktiv iştirak etməli, Xalq artisti xidmətlərinə görə son mənzilə hörmətlə yol salmalıdırlar. Bu, edilmirsə... Sözün açığı, bu gün məmurların hansısa fəaliyyəti ilə bağlı təklif verməyin, təşəbbüs göstərməyin də artıq faydası, mənası yoxdur. Çünki eşidən yoxdur. Heç kim dinləmir. Hərə özünə görə bir sahədə istədiyini edir. Bu baxımdan, səbəbləri söyləməyin mənası qalmır. Heç bir qurumla ciddi əlaqəmiz yoxdur. Dövlət qurumları sanki ayrıca fəaliyyət göstərirlər. Milli Məclisdə müvafiq qurumların heç bir ciddi koordinasiyası yoxdur. Ona görə bir şey deyə bilmərəm. Bu insanların xidmətlərinin hörmətlə qeyd olunması daha yerində olardı. Bu, həm də yaxşı bir ənənənin qoyulmasına səbəb ola bilərdi. Çox təəssüf ki, konkret icra strukturlarının bu istiqamətdə fəaliyyətlərinin nə qədər problemli olduğu artıq hamımıza bəllidir”, - deputat bildirib.

 

Xəbərlər