Plenar iclaslar 14 İyul 2023, 16:36 | Baxış sayı: 86
“Vəkilliyə qəbul asanlaşdırılmalıdır”

“Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.

 

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən iclasında deyib.

 

O bildirib ki, Ucqar rayonlarda, eləcə də Naxçıvanda vəkillərin sayı azdır:

 

“Mövcud qanunvericiliyə görə test mərhələsindən keçən vəkil namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub və bu, absurddur”.

 

Deputat qardaş Türkiyədə belə həmin tələbin olmadığını xatırladıb:

 

“Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır. Vəkilliyə qəbul asanlaşdırılmalıdır”./Report

Xəbərlər