İnfoqrafika 23 Dekabr 2022, 17:01 | Baxış sayı: 224
"Vasif Talıbovun deputatlıq yolu"

Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvanda Şərur rayonunda anadan olub. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olan Vasif Talıbov 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Araşdırmaya görə, 62 yaşlı deputat 1995-ci ildən etibarən Milli Məclisin hər çağırışında seçicilərin səsini toplaya bilib. Öz dairəsində 38 093 nəfər rəsmi qeydiyyatlı seçiciyə sahib olan deputat son seçkidə 94,6% səs toplayıb.

“Meclis.info” nun apardığı statistik araşdırmalar zamanı belə məlum olub ki, 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatı Vasif Talıbov 2005-ci ildən bəri Parlamentdə heç bir çıxış etməyib.   

Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitə və komissiyasının üzvü deyil. O, yalnızca Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

13 yanvar 2010-cu ildə «Şöhrət», 13 yanvar 2020-ci ildə «Şərəf»  ordeni ilə təltif olunub.

Xəbərlər