Cəmiyyət 26 Aprel 2023, 20:50 | Baxış sayı: 123
“Vahid Əhmədov bütün varlığı, ruhu ilə xalqın, dövlətin yanında olan adamdır”

Demokrat.az millət vəkili Əli Məsimli ilə müsahibəni təqdim edir:
 
- Əli müəllim, Milli Məclisin aprelin 25-də keçirilən iclasında deputat həmkarınz Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlərə görə çox sərt tənqid olunub. Bu barədə nə deyə bilərsiz?
 
 - Bu məsələyə bir neçə müstəvidən yanaşmaq olar:
 
Birincisi,Vahid Əhmədov mənimçün sadəcə deputat həmkarı yox,həm də dostdur.Vahid müəllim çox azsaylı insanlardandır ki,onunla olan həmkarlıq münasibətləri, yoldaşlığa və oradan da dostluğa yüksələ bilib. Ona görə də dostluğun mənəvi yükü baxımından, təbii ki, mən onun müdafiəsindəyəm. Amma bu təkcə dostluq hisslərindən doğan müdafiə və dəstək deyil. Vahid müəllim çox təcrübəli, dövlətçilik təfəkkürünə malik  dəyrli bir insandır. Vahid Əhmədov bütün varlığı, ruhu ilə xalqın, dövlətin yanındadır.Vahid müəllim müxtəlif məsələrə dair tənqidi fikirlər səsləndirə bilər,amma heç vaxt dövlətçiliyə qarşı çıxmaz.Çünki, o, dövlət müstəqilliyimizin bərpası uğrunda mübarizə aparan ziyalılarımızdan istiqlalçı deputatlardandır və bu yöndə daim birmənalı münasibət ortaya qoyub.Müsahibəsində də bir neçə dəfə konkret tarixi hadisələr kontekstində bu məsələləri xatırladır.Məsələyə hüquq müstəvisindən baxsaq, Konstitusiyamızın 91-ci maddəsinə görə, deputatlar Milli Məclisindəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz. Vahid Əhmədovun sözügedən müsahibə ilə bağlı Milli Məclisdə tənqidi fikirləri eşidəndən sonra, ona dedim ki, müsahibəni dinləməmişəm. Göndər mənə, dinləyim, özüm nəticə çıxarım ki, orada dövlətə qarşı nə demisən ki, belə sərt ifadələrlə tənqid edirlər. Göndərdi. Oxudum.
 
- Müsahibəyə baxıb hansı nəticəyə gəldininiz?
 
- Həmin müsahibni dinləyib o nəticəyə gəldim ki,Vahid Əhmədovun sözügedən müsahibəsində, bəzi deputatların çıxışlarında hallandırıldığı kimi,dövlətə qarşı heç bir təhdid, təhqir və sair yoxdur. Bəzi məsələrə münasibətdə tənqid və etiraf var...Vahid Əhmədovun sözügedən müsahibədə səsləndirdiyi fikirlərin çoxu onun Milli Məclisin tribunasından və mediada zaman-zaman səsləndirdiyi fikirlərə oxşar fikirlərdir. Hələ müsahibəyə diqqətlə “soyuq başla” yenidən qulaq assaq,görərik ki, orada hökumətin dəstəklənməsi tənqidi məqamlardan daha çoxdur və həm də bu gün iqtidar düşərgəsində təmsil olunan bir neçə deputatları tərifləyib, dövlətin sosial siyasətini dəstəkləyən ifadələr işlədib. Heç bir halda deputatların saxta seçilməsi anlamını verən ifadə işlətməyib. Məhz bu məqam kontekstdən çıxarılıb fərqli təfsir edilib. Yenə deyirəm müsahibəni bir də “soyuq başla” və tərəfsiz dinləməyə ciddi ehtiyac vardır. Bununla belə müsahibədəki bəzi ifadələr kimlərinsə hissiyatına toxunub, inciklik yaradıb.Amma Vahid Əhmədova qarşı səsləndirlən sərt tənqiti fikirlərin dozası buna adekvat deyil. Vahid Əhmədovun fikirlərini kontekstdən çıxarıb, onun dövlətə qarşı olduğunu iddia edənlər ya dövlət maraq və mənafeyinin nə oduğunu sonacan anlamır, bunu gəlişi gözəl standart ittiham sözləri kimi işlədir, ya dövlət və dövlətçilik anlayışları ilə hökümət anlayışını səhv salır, ya da ki, sadəcə qərəzdən bu cür yözmağa cəhd edirlər.
 
- Milli Məclisdəki çıxışlarda bu da səsləndirildi ki, Vahid Əhmədovun məsələsinə İntizam Komissiyasında mütləq baxılmalı və o, cəzalandırılmalıdır. Yaxın günlərdə Vahid Əhmədovun məsələsi İntizam Komissiyasında baxılacaq. Sizcə İntizam Komissiyasında Vahid Əhmədovla bağlı hansı qərar verilə bilər?
 
- Vahid Əhmədovun özünü də dediyi kimi, həmişə dövlətin və dövlətçiliyin yanındadır.İntizam Komissiyasında ona qarşı səslənəcək ittihamlara da cavab verə biləcək. Bununla belə Milli Məclisdəki çıxışlar zamanı dövlətə təhdid, parlamentə, deputatlara təhdid və sair bu kimi ifadələri işlədilməsi mənə keçən il Milli Məclisdə baş vermiş bir hadisəni xatırlatdı. Ötən il mən Şəkinin timsalında ümumiyytlə kənd təsərrüfatında subsidiya sahəsindəki problemləri qaldırdım. Qarşılıqlı hörmət hisslərimiz olan deputat həmkarlarlarından biri adımı çəkmədən  mənim Şəkinin subsidiya sahəsindəki mövcud problemləri çox sərt şəkildə qaldırmağımı az qaldı ki,dövlətçiliyə təhdid hesab etsin...Əvvəlcə içimdə bir inciklik yarandı,amma  bir müddətdən sonra onun fikri mənimçün adiləşdi və Novruz bayranmında barışdıq...İndi isə ünvanlma işlədilən həmin təhdid idadəsinini yaxşı yumor hissi olan bir həmkarımın obrazlı ifadəsi kimi qəbul edirəm...Ona görə də dövlətə təhdid, parlamentə, deputatlara təhdid və sair bu kimi daha çox standart ittiham xarakterli ifadələri bir kənara qoysaq, Milli Məclisdəki çııxşlardan bir xətt daha qabarıq göründü ki, müsahibədə Vahid Əhmədovun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların hissiyatına toxunub.Bu təbiidir. Məsələni elə bu yöndə təmkinlə müzakirə edib, həmkarcasına narazılıqların bildirilməsini problemin çözülməsinin optimal, yəni mümkün variantlar içərisində ən yaxşısı və məqbul olanı hesab edirik. Vahid müəllim çox səmimi və bir ağsaqqal kimi bu yöndəki narazılıqları anlayışla qarşılamağı bacaran insandır. Fikrimizcə İntizam Komissiyasında bu yöndə şifahi narazılığın bildirilməsi yetərli olardı. Bundan artığına gedilməsini məqbul hesab etmirəm. Vahid Əhmədov kimi ictimai etimadı olan deputata töhmət və sair verilmsinə gedilməsi isə  heç kimə xeyir gəturmyən çox səhv addım olar. Çünki bayaq deyd etdiyimiz kimi, deputatın tənqidi fikirlər səsləndirməsinə görə məsuliyyətə cəlb oluna bilməməsinin yolverilməzliyi məsələsi Konstitusiyamızda öz əksini tapıb. Bu baxımdan deputatın müəyyən məsələlərə dair tənqidi fikir yürütməsi və deputat həmkarları tətəfindən tənqid olunması normal haldır.Amma deputatın tənqidi fikirlərinə görə ona qarşı linc qurulması,onun fikirlərini kontekstdən çıxarıb orada kriminal axtarmaq normal hal deyil.Vahid Əhmədov müsahibəsində öz şəxsi fikirlərini bildirib. Milli Məclisdə çıxış edən deputatlar da həmin müsahibənin bəzi məqamlarına iradlarını səsləndiriblər və on qat artıq tənqid ediblər və Vahid müəllimin də hissiyatına toxunan xeyli ifadələr işlədiblər... Məsələ elə buradaca bitməli idi. Amma məsələsinə İntizam Komissiyasında baxılması qərarlaşıbsa, belə həssas məqamlarda deputat həmkarımıza qarşı təmkinlə və anlayışla hərəkət edilməsini vacib hesab edirik. 

Xəbərlər