Plenar iclaslar 1 Fevral 2024, 13:12 | Baxış sayı: 80
"Mikro sahibkarlar üçün gəlir vergisinin artırılması cəmiyyətdə narazılıq yaradıb"

Vergi Məcəlləsində mikro sahibkarlar üçün nəzərdə tutulmuş 5 %-lik gəlir vergisinin 20 %-ə qaldırılması cəmiyyətdə narazılıq yaradıb.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.

"Təklif edirəm ki, monitorinq aparılsın və həmin dəyişikliyə yenidən baxılsın, mikro sahibkarlara 75 %-lik güzəştin verilməsi bərpa edilsin. Çünki məhz mikro və kiçik sahibkarlığın dairəsinin genişləndirilməsi, Azərbaycanda onun özünə layiq səviyyədə yer tutması ümumi iqtisadi keyfiyyətin artırılmasında mühüm rol oynayacaq", -deyə deputat əlavə edib.

report.az

Xəbərlər