İctimai Dinləmə 11 Mart 2024, 15:28 | Baxış sayı: 50
"Bakı-Sumqayıt yolundakı tıxacın insanların psixikasına təsirini araşdırmaq lazımdır, xəstəlik tapacaqlar"

“Tıxac problemi həddindən artıq ciddi məsələdir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, diqqətçəkən çəkən məsələ Bakı-Sumqayıt yolundakı tıxacdır: “Tədqiqat aparmaq lazımdır ki, bu yoldakı vəziyyət səhər 2 saat, axşam qayıdanda 2 saat tıxacda olan insanların psixikasına necə təsir göstərir? Mənə elə gəlir ki, bu həddindən artıq ciddi məsələdir. Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar".

APA

Xəbərlər