Siyasət 27 Aprel 2023, 17:35 | Baxış sayı: 204
"Vahid Əhmədov bu çıxışı ilə nəinki keçirilən demokratik seçkilərə kölgə salıb, eləcə də deputat həmkarlarına böyük hörmətsizlik edib"

"Deputatın istənilən media qurumuna müsahibə vermək hüququ var. Ancaq verilən müsahibə, söylənilən fikirlər reallıqlara əsaslanmalıdır. Başqalarının hissiyatına toxunmamalı, ictimaiyyətdə mənfi rəy doğurmamalıdır. Vahid Əhmədov isə öz müsahibəsində dövlətin və deputat həmkarlarının mövqelərini tamamilə bir kənara qoymuş, özünü reklam etmək yolunu tutmuşdur. O bu çıxışı ilə nəinki keçirilən demokratik seçkilərə kölgə salıb, eləcə də deputat həmkarlarına böyük hörmətsizlik edib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

Deputat qeyd edib ki, Milli Məclisdə təmsil olunan deputatların, akademiklərin, ziyalıların, yaradıcı insanların, siyasətçilərin heç biri savadına, qabiliyyətinə, insanı münasibətlərinə görə Vahid Əhmədovdan əksik deyil:

"Belə olan halda nəyə görə xalq onlara səs verməməlidir? Vahid Əhmədova səs verməlidir? Bu müsahibədə, eləcə də əvvəlki bir neçə müsahibəsində Vahid Əhmədov mənə özündən həddindən artıq razı bir insan təsiri bağışlayıb. O, çox şeyi qara görür, təkəbbürlüdür. İnsanlara yuxarıdan aşağı baxır. Bu, qəbuledilməzdir! Öz deputat həmkarlarını aşağılamaq, onların fəailiyyətinə, seçiminə, dövlətin imicinə görülən yaxşı işlərə kölgə salmaq yolverilməzdir! 

Vahid Əhmədov ağsaqqaldır, müəyyən təcrübəyə sahibdir. Ona görə də fikirlərində dürüst olmalıdır. Ona qoyulan hörməti qiymətləndirməlidir. Özünü başqalarından üstün tutmamalıdır! Deputat həmkarlarının iradlarından düzgün nəticə çıxarmalıdır".

Xəbərlər