KOMİTƏ İCLASLARI 19 Fevral 2024, 15:44 | Baxış sayı: 174
"Bələdiyyələr yersiz cərimələnir, hörmətdən düşür"

Bir sıra hallarda bələdiyyələr yersiz cərimələrə məruz qalır və bu, yaxşı hal deyil.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, bələdiyyələr səlahiyyətlərinə aid olmayan məsələlərlə yüklənir: “Hardasa ağac quruyur, yaxud da yaşıllıq sulanmır deyə buna bələdiyyə cavab verməlidir? Haradasa tullantı var bələdiyyə bunun üçün cərimələnməlidir? Bu, düzgün deyil və bələdiyyələrin nüfuzuna həddindən artıq ziyan vurur. Məhkəmələr qarşısına gedirlər, hörmətdən düşürlər. Hesab edirəm ki, biz bu barədə düşünməliyik. Çünki bu sahə ilə bağlı ayrı-ayrı adamlar məşğul olur. Ona görə də bu kimi nöqsanlar aradan qaldırıla bilər”.

report.az

Xəbərlər