KOMİTƏ İCLASLARI 10 Noyabr 2022, 14:49 | Baxış sayı: 63
"Universitetdə çalışanlar üçün bu qədər ağır verginin tətbiq olunması Tibb Universitetini çox ağır vəziyyətə gətirib"

“Azərbaycan Tibb Universitetinin çox ciddi problemləri var”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deputat Məlahət İbrahimqızı deyib.

Parlamentin Səhiyyə komitəsinin üzvü bildirib ki, 2017-ci ildən Tibb Universitetinə ayrılan vəsaitlərin bir hissəsi dayandırılıb və bunun səbəbi açıqlanmayıb: “İkincisi, vergi ilə bağlı problemi var. Bu gün özəl klinikalarda, özəl tibb müəssisələrində 8 000-dən yuxarı maaş alanda vergi tutulursa, Universitetdə çalışanlar üçün bu qədər ağır verginin tətbiq olunması Tibb Universitetini çox ağır vəziyyətə gətirib. Koronavirus pandemiyası dövründə Tibb Universitetinin korpusları bütövlükdə koronavirus xəstələrinə, ondan sonra Vətən müharibəsində yaralananlara öz qapısını açdı, bütün bunları öz vəsaiti hesabına edib. Samir müəllimdən xahiş edirəm ki, Tibb Universitetinin problemlərinə diqqət yetirəsiniz. Universitetin müəllim və həkim heyəti artıq özəl klinikalara üz tutur və bu da gələcəkdə ixtisaslı kadrların yetişdirilməsində böyük problemə səbəb olacaq”.

Mənbə: apa.az

Xəbərlər