"Ukraynada Rusiyanın işğalı nəticəsində yaşanan insanlıq faciəsində dünyasını dəyişən, evindən-eşiyindən didərgin düşən xeyli azərbaycanlı da var".
“Ukraynada Rusiyanın işğalı nəticəsində yaşanan insanlıq faciəsində dünyasını dəyişən, evindən-eşiyindən didərgin düşən xeyli azərbaycanlı da var. Üstəlik də orada xeyli azərbaycanlı iş adamının iş yerləri, tikdiyi binalar dağıdılmış, onlara da böyük maddi ziyan dəymişdir. Digər tərəfdən Rusiyadakı sanksiyalarla bağlı böhran bu ölkədə çalışan azərbaycanlıları da iqtisadi cəhətdən çökdürüb. Azərbaycanın bir sıra rayonlarının əhalisi oradan göndərilən pullarla yaşamını təmin edir. Yəni hər iki tərəfdən zərbənin bizim insanlara da dəydiyini görürük”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
“Ağır olacaq, çox ağır. Rusiyada artıq kartdan pul çəkə bilmirlər. İş yerləri çökür. Məşhur rus filmində deyildiyi kimi; “təkcə mənə deyil, bizə 15 sutka veriblər”. Əsas odur ki, haçansa bu savaşı hərləyib-fırlayıb Türkiyə və Azərbaycanın üzərinə yönətməsinlər” – F.Mustafa qeyd edib.