"Üç daş qoyulan kimi, görürsən tökülüşdülər..."
Əsasən Bakı rayonlarında və regionlarda da müşahidə edilən bir hal var. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verir, elə ki 3 daş qoyulur, bir də görürsən tökülüşdülər, hərə bir qara qovluqla gəlir, deyir ki, bunun sənədini göstər.
Demokrat.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.
“Sənəd göstərilir, deyirlər ki, yox e, filan yerdən də icazə al. Qanun deyir ki, 12 metrə qədər olan tikintilərdə heç bir sual olmamalıdır. Amma yenə də gəlirlər, bu onun boynuna atır, o bunun boynuna atır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bütün problemləri öz üzərinə götürülməsi üçün səlahiyyətlər Komitədə olmalıdır, - deyə deputat əlavə edib. (apa.az)