Plenar iclaslar 6 İyul 2023, 16:49 | Baxış sayı: 118
“Təəssüf ki, Avropada islamofob meyillər artır”

“Təəssüf ki, Avropada islamofob meyillər getdikcə artır. Bir sıra ölkələrdə Quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır”.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, həmin ölkələrin başında Fransa durur:

“Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir.

Əli milyonlarla insanın qanına batan, qətlə yetirdiyi insanların sümüyündən muzey düzəldən ölkənin Azərbaycanı tənqid etməyə nə hüquqi, nə də mənəvi haqqı var. Bu gün elə bölgəyə sülhün gəlməsinə mane olan ölkə də məhz Fransadır”.

Mənbə:report.az

Xəbərlər