Cəmiyyət 8 May 2023, 17:50 | Baxış sayı: 135
“Təəssüf edirəm ki, Tural və Turan qardaşları “Avroviziya” müsabiqəsinə qadınsayağı geyimlə qoşulmaq niyyətindədirlər”

“Təəssüf edirəm ki, bizim iki iştirakçımız Tural və Turan qardaşları “Avroviziya” müsabiqəsinə qadınsayağı geyimlə qoşulmaq niyyətindədirlər. Haqlı olaraq ictimaiyyət nümayəndələri tərəfindən tənqid edilirlər. Çünki onların geyimi bizim mentalitetimizə uyğun deyil, bunun bizim milli geyim formamıza aidiyyəti yoxdur. Əslində Turalla Turanın geyimi Azərbaycan haqqında mənfi emosiyalar oyada bilər. Onlar həmin yarışmada Azərbaycanı layiqli iştirakçı kimi təmsil etməlidirlər. Bir var, müsabiqəyə milli geyimdə çıxasan, milli adət-ənənələri, milli-mənəvi dəyərləri təbliğ edəsən, bir də var ki, bayağı formada. Buna görə də əkiz qardaşlar öz geyimlərində düzəliş etməlidirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat “Azərbaycanın “Avroviziya” ilə tanınmağa ehtiyacı yoxdur, bu yarış mədəniyyətimizə hansısa töhfə vermir, növbəti ildən qatılmaq lazım deyil” kimi fikirlərə isə belə cavab verib: ““Avroviziya” dünya ölkələri tərəfindən qəbul edilən və maraqla qarşılanan mahnı müsabiqəsidir. Əlbəttə, bu müsabiqədə təmsil olunmaq, düşünürəm, digər ölkələr kimi Azərbaycan üçün də faydalıdır. Çünki “Avroviziya” mahnı müsabiqəsi olmaqla bərabər, həm də təbliğat vasitəsidir. İştirakçıların tanıdılması ölkələrin tanıdılması deməkdir. Ancaq bu yarışda iştirak edənlər öz milli-mənəvi dəyərlərinə söykənməlidirlər. Çünki iştirakçı səhnəyə çıxarkən hansı ölkənin vətəndaşı olduğunu öz əxlaqı, davranışı, geyimi və ifa etdiyi mahnı ilə tanıtdırmalıdır”.

Xəbərlər