“Tərtər hadisələrini siyasiləşdirməyə ehtiyac yoxdur”
Son vaxtlar Tərtər hadisələrini əlində bayraq edib xaricdən maliyyələşən bəzi şəxslər tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır.
Məsələ ilə bağlı deputat Rüfət Quliyev açıqlamasında bildirib ki, Azərbaycan hüquqi dövlətdir, heç bir cinayət və cinayətkar cəzasız qalmayacaq.
“Mətbuatda izlədiklərimə əsasən deyə bilərəm ki, Tərtər hadisələrilə əlaqədar Baş Prokurorluq kifayət qədər məlumat verib. Hərbi Prokurorluq da bu barədə açıqlamalar verib. Cinayətlərin bir hissəsinin üstü açılıb, günahkar zabitlər istintaqa cəlb olunub. İstintaq davam edir. Düşünürəm ki, bundan sonra məsələni siyasiləşdirməyə lüzum yoxdur. Dövlət və hüquq – mühafizə orqanları öz işini görür. İstintaqın gedişində yeni faktlar aşkarlanarsa, məhkəmədə baxılıb, qərar veriləcək”.
demokrat.az