Siyasət 28 İyun 2023, 23:12 | Baxış sayı: 94
“Təmassız müharibə praktikasını dünyada ilk dəfə ordumuz nümayiş etdirib”

“Təmassız müharibə praktikasını dünyada ilk dəfə ordumuz nümayiş etdirib”

Bu sözləri açıqlamasında Milli Məclisin üzvü Elşad Mirbəşir deyib. Millət vəkili bildirir ki, Azərbaycan ordusunun “44 günlük” müharibədən sonra dünya dövlətləri öz müdafiə sisteminin yenilənməsi məsələsi üzərində düşündü:

” Pilotsuz uçuş aparatları ilk dəfə Azərbaycan ordusu tərəfindən tətbiq edildi. Ayrıca olaraq ordunun idarə olunması keyfiyyəti haqqında əsl təsəvvürləri Azərbaycan nümayiş etdirmiş oldu. Amerika Birləşmiş Ştatlarının Quru Qoşunlarının Komandanlığı Azərbaycanın apardığı haqq savaşından sonra ABŞ- ın müdafiə sisteminin yenidən qurulması haqqında danışmağa başladı. Azərbaycan Ordusu qlobal reytinq cədvəlində hərbi gücünə, potensialına görə 57-ci sırada yer tutur. Bu post- sovet məkanı ölkələri arasında 2 – ci pillədir. Bu onu göstərir ki, Azərbaycan ordusu təcavüzkar Ermənistan ordusundan 2 dəfə daha güclüdür. Azərbaycanın və regionun təhlükəsizliyi üçün Ordumuz güclü olmalıdır. Müharibədən sonrakı dövrdə ordumuz daha da gücləndi. Azərbaycanın özünün istehsalı olan silahlar ordumuzda var. Bütün bunlar Azərbaycanın gücünün göstəricisidir”.

News365.az 

Xəbərlər