KOMİTƏ İCLASLARI, Qanun Layihələri 12 Noyabr 2021, 15:38 | Baxış sayı: 252
“Tələbələrin təkcə təhsil xərcləri deyil, eyni zamanda ehtiyacları da nəzərə alınsa, yaxşı olar”.

“Tələbələrin təkcə təhsil xərcləri deyil, eyni zamanda ehtiyacları da nəzərə alınsa, yaxşı olar”.

APA xəbər verir ki,, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, aztəminatlı ailələr üçün tələbə krediti sistemində tələbələrin ehtiyacının də nəzərə alınması yaxşı olar: “Digər tərəfdən, bizim rayon və kəndlərimizdə bəzi məktəblərin yenidən qurulmasına çox böyük ehtiyac var. Elm xərclərinin siyasəti isə bütövlükdə dəyişdirilməlidir. Ölkədə oxşar olan, bir-birini təkrarlayan elmi institutlar birləşdirilməlidir. Gələcəkdə elmi tədqiqat mərkəzləri olaraq universitetlərin fəaliyyətinə diqqəti artırmaq lazımdır. Elmi tədqiqatlar sahəsində istisna kimi müdafiə sənayesi sahəsində aparılan elmi tədqiqatları göstərə bilərik”.

Xəbərlər