Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 17:49 | Baxış sayı: 149
Tenderə dair yeni qayda müəyyənləşir

Tikinti, tikinti quraşdırma və istehsal sahələrinin qurulması ilə bağlı tender qalibi olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə malların (işlərin və xidmətlərin) satınalınması müqaviləsi həmin şəxslərin Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış daimi nümayəndəlikləri və daimi nümayəndəlik yaratmayan bölmələri olduğu halda bağlanacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun parlamentdə qəbul edilərək Prezident tərəfindən təsdiqlənəcəyi təqdirdə 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi parlamentdə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Xəbərlər