Plenar iclaslar 5 Aprel 2024, 16:50 | Baxış sayı: 232
"Ermənistan baş əydiyi xozeynlərinə hər şeyini verməyə hazırdır"

"Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusunun uğratdığı ağır məğlubiyyətdən dərs çıxarmayan Ermənistan bütün hiyləgərliyi ilə baş əydiyi xozeynlərinə hər şeyini verməyə hazırdır".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat  Fəzail Ağamalı deyib.

"Hazırda Ermənistan Rusiyanın təsirindən çıxıb Qərbin təsirinə keçməkdədir. Bu gün keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş də regionda sülhə xidmət etmir. Bu, Azərbaycana və sülhə qarşı yönələn, Emrənistanın revanşist mövqeyini gücləndirən, onun silahlanmasına əsaslar yaradan addımdır. Nikol Paşinyan öz addımları və açıqlamaları ilə revanşist mövqeyini açıq şəkildə əks etdirir, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Ermənistan bu iddialardan əl çəkdiyini açıqlamalıdır. Qərbin güc mərkəzində ermənisayağı rəqs edən Paşinyan Azərbaycan və region üçün Köçəryan və Sərkisyan qədər ciddi təhlükə yaradır”,- deyə o bildirib.

redaktor.az

Xəbərlər