Plenar iclaslar 12 Oktyabr 2021, 12:49 | Baxış sayı: 222
"Təcili surətdə ƏDV götürülsün. Heç olmasa başqa ölkələrdə olan yaxşı ənənələri götürsək müsbət tendensiya ola bilər”.

“Ölkədə kitaba marağın artırılması çox vacibdir”.

APA-nın verdiyi xəbərə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu yaxınlarda Bakıda iki kitab sərgisi keçirilib: “Təqdirəlayiq haldır. Təklif edirəm ki, ayda bir dəfə kitab sərgisi keçirək. Ölkədə kitaba maraq oyatmaq vacibdir. İnsanlarda oxumağa maraq hissi ölməyib. Çayxanalarda adamlar olduğu halda, kitab ardınca sərgilərə gələnlər də  var.

Deputat kitabların qiyməti məsələsinə də toxunub:

Kitabın qiymətinin baha olmasının əsas səbəblərindən biri ƏDV-nin çox olmasıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bununla bağlı təkliflərini hazırlayıb, hökumətə təqdim edib. Ümumiyyətlə, bizdə bəzi kitabların qadağası mövcuddur, bu qadağa da götürülməlidir. Onsuz da bir çox kitabın elektron versiyası var”.

“Təcili surətdə ƏDV götürülsün. Heç olmasa başqa ölkələrdə olan yaxşı ənənələri götürsək müsbət tendensiya ola bilər”.

Xəbərlər