Ümumi 13 İyul 2023, 16:53 | Baxış sayı: 96
"Tanımıram, bilmirəm, sözügedən şirkətə heç bir aidiyyatım yoxdur"

Milli Məclisin deputatı Rüfət Quliyev Hövsan qəsəbəsi, Südçülük sovxozu yaşayış sahəsinin sakinləri tərəfindən ona məxsus olduğu iddia edilən “European Tobacco-Baku” ASC-nin yolu zəbt etdiyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 

R.Quliyev açıqlamasında deyib ki, bu barədə məlumatsızdır.

 

"Doqquz ildən çoxdur, sözügedən şirkətə heç bir aidiyyatım yoxdur. Harada yerləşdiyini də bilmirəm. Tam açıq, şəffaf formada qeyd edirəm ki, xəbərim yoxdur. Kimin aidiyyatı varsa, şikayəti ona ünvanlasınlar. Məsələnin mənə heç bir aidiyyatı yoxdur, yalandır”, - deputat deyib.

pravda.az

Xəbərlər